Rusiyanın Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatına qarşı olduğunu düşünmürəm.

Bu sözləri “Terrorla mübarizə və regional bağlantıların gücləndirilməsi” adlı konfransda açıqlama verən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O, Rusiya, İran, Avropa və ərəb ölkələrinin Türkiyənin Suriyadakı hərəkatına qarşı çıxması və Türkiyənin təcrid edilməsi barədə suala aydınlıq gətirib:

“Biz terrorizmə qarşıyıq. Terror hamımızın ortaq düşmənidir. Rusiya Türkiyənin Suriyada apardığı hərəkata qarşı deyil. Rusiyanı narahat edən ölkənin ərazi bütövlüyü və birliyi kimi həssas məsələlərdir. Biz də bu məsələdə narahatıq. Türkiyə, Rusiya və İranın bütün ortaq açıqlamalarına baxsaq, hamısında ölkənin ərazi bütövlüyünü vurğuladığımızı görmək olar.

YPG terror təşkilatı ölkəni bölməyə çalışır. Biz bunun da qarşısını almağa çalışacağıq. Biz Rusiya ilə birlikdə terrorla mübarizə aparırıq. Bu səbəbdən Rusiya bizi BMT-də dəstəklədi. Əgər bəzi ölkələrin bizim terrorla mübarizəmizlə bağlı ikili standartları varsa, bu, onların problemləridir. Təcrid olunmaqdan qorxmuruq, çünki terrorla mübarizəni hədəf aldığımız üçün həqiqət bizim tərəfimizdədir”, – nazir bildirib.

Oxumağa dəyər:   Avropa İttifaqı: İsrailin məskunlaşma siyasəti qanunsuzdur

Çavuşoğlu İran parlamentinin sədri Əli Laricaninin Türkiyəyə səfərini ləğv edilməsinə də münasibət bildirib:

“Yəqin ki, bunun bir sıra səbəbləri var. Ancaq bu konfransda Rusiya Dumasının sədri Vyaçeslav Volodini görməkdən məmnunuq. Parlamentdəkilər sadəcə qanunlar məsələsində deyil, eyni zamanda, parlament diplomatiyasında da mühüm rol oynamalıdırlar”.

İstinadlar axar