
“Çinar Company” MMC tərəfindən Türkiyədən idxal olunan “Ubk Karaağaç Gıda A.S” şirkətinə məxsus ümumi çəkisi 293 kiloqram halvaya keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.