Türkiyənin Kırlareli şəhərində qanunsuz miqrantların Bolqarıstana keçmələrinin qarşısı alınıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, polisin “dayan” əmrinə tabe olmayan sürücü manevr edib. Bu əsnada miqrantlardan 7-si yük maşınından yerə tullanaraq yaralanıblar.

Keçirilən əməliyyat nəticəsində ümumilikdə 58 nəfər saxlanılıb.

İstinadlar Report