Avropa Parlamentinin Türkiyə ilə bağlı çıxardığı qərardan sonra ilk açıqlama Avropa Birliyi naziri və baş müzakiəçi Ömər Çelikdən gəlib

Ömər Çelik AP-nin bu qərarını bəsirətsiz və mənasız adlandırıb.
“Türkiyə ilə həmrəy olmaq əvəzinə ağılsız müzakirələrə başlayırlar. Terrorun olmadığı yerlərdə bu qərarları vermək asandır, amma Suriya və İraqla 1295 km sərhədimizin olduğu, terrora qarşı belə əzimlə mübarizə apardığımız halda bizimlə həmrəy olmaq əvəzinə mənasız müzakirələr açmaq bəsirətsizlikdir”,- deyə Çelik bildirib.