Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Bu Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb. Həlak olanlar arasında ordu generalı Osman Erbaş da var.

Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus “Cougar” tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.

Faktla bağlı araşdırma aparılır.