Türkiyədəki zəlzələyə görə məktəb və universitetlərdə iki günlük tətil elan edilib.

Bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin açıqlama verib.

“Bir az əvvəl Daxili İşlər Nazirliyi ilə vəziyyəti qiymətləndirdik. Daxili İşlər Nazirliyi və AFAD, mümkün problemli vəziyyətdə məktəblərin toplanma mərkəzi kimi də istifadə edilə biləcəyini nəzərə alaraq bizdən sabah və sonrakı gün üçün məktəblərimizin tətil edilməsi istiqamətində dəstək istədilər. İndi Daxili İşlər Nazirliyimizin tələbi əsasında, məktəblərimizi iki gün tətil elan edirik”.

Nazir qeyd edib ki, universitetlərdə də cümə axşamı və cümə günləri üçün tətil elan edilib:

İstinadlar Report