AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Finlandiyanın Baş naziri rusiyalı turistlərə qarşı məhdudiyyətləri dəstəkləyir
  • Həkim Sənan Aşırova Fəxri fərman verildi
  • Almaniya Ukraynaya 8 milyard avroluq yardım paketi ayrılacağına söz verib
  • Kreml: Putinlə Paşinyan Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
  • Ceyhun Bayramov: “Azərbaycan və Türkiyənin hələ nail olacağı çox hədəf var”
  • Ələt-Astara magistralında yük avtomobili yanıb, yol müvəqqəti bağlanıb
  • Bakıda yolu bağlamağa çalışan yük maşınının sürücüsü həbs edilib
  • Mariupolda ukraynalı əsirlərlə bağlı “tribunal” hazırlanır
  • Rəsmi Kiyev Kremllə danışıqlara hansı şərtlər altında gedəcəyini açıqlayıb
  • “Gizir hazırlığı kursu”na qəbul başladı – Video
  • Finlandiyanın Baş naziri rusiyalı turistlərə qarşı məhdudiyyətləri dəstəkləyir
  • Həkim Sənan Aşırova Fəxri fərman verildi
  • Almaniya Ukraynaya 8 milyard avroluq yardım paketi ayrılacağına söz verib
  • Kreml: Putinlə Paşinyan Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
  • “Gizir hazırlığı kursu”na qəbul başladı – Video
  • Paytaxtın bu yollarında sıxlıq var
  • Bakı və bölgələrdə qan verənlərin sayı açıqlandı
  • Rusiya Ermənistan-İran sərhədinin mühafizəsini gücləndirir
  • “Dəniz kuboku” müsabiqəsinin hakimlərinin müşavirəsi keçirilib
  • Yeni il gecəsi bağ evindən qara brilliantlar, 120 min dollar oğurlayıblar…
  • Yoluxanların sayı açıqlandı
  • Pənahəli xanın İspaniyada yaşayan nəticəsi: “Evimizdə doğma dilimizdə danışırıq”
  • Azərbaycan Avropaya qaz satışını 62 %-dən çox artırıb
  • Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub
  • “Dost da, düşmən də bilsin ki, can Azərbaycan tək deyil”
  • Çavuşoğlu Azərbaycan səfirliyinə hücumdan danışdı
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb – VİDEO
25/06/2022 21:03
“Gizir hazırlığı kursu”na qəbul başladı – Video
08/08/2022 19:17
“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video
08/08/2022 16:44
Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı
08/08/2022 13:23
Bakı-Gəncə qatarında yenilik – VİDEO
08/08/2022 12:43
“Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO
08/08/2022 12:30
Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO
08/08/2022 10:20
Şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edilənlər tutuldu – Video
06/08/2022 14:08
Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+
05/08/2022 19:41
Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO
05/08/2022 16:31
İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb – VİDEO
05/08/2022 14:53
“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO
05/08/2022 14:08
Baş Prokurorluq “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb
05/08/2022 11:56
Ordumuzun nəzarət etdiyi Sarıbabadan – Görüntülər – VİDEO
04/08/2022 22:14
Mingəçevirdə ahıl kişi bataqlığa düşüb – VİDEO
04/08/2022 14:53
HHQ-nin aviasiya vasitələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir – Video
04/08/2022 12:59
Erməni təxribatına İran səfirliyindən – Reaksiya – VİDEO
04/08/2022 10:44

Video xəbərlər

  • “Gizir hazırlığı kursu”na qəbul başladı – Video
  • “Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video
  • Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı
  • Bakı-Gəncə qatarında yenilik – VİDEO
  • “Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

08/08/2022
20:59 Finlandiyanın Baş naziri rusiyalı turistlərə qarşı məhdudiyyətləri dəstəkləyir
20:38 Həkim Sənan Aşırova Fəxri fərman verildi
20:35 Almaniya Ukraynaya 8 milyard avroluq yardım paketi ayrılacağına söz verib
20:05 Kreml: Putinlə Paşinyan Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
20:02 Ceyhun Bayramov: “Azərbaycan və Türkiyənin hələ nail olacağı çox hədəf var”
19:41 Ələt-Astara magistralında yük avtomobili yanıb, yol müvəqqəti bağlanıb
19:38 Bakıda yolu bağlamağa çalışan yük maşınının sürücüsü həbs edilib
19:22 Mariupolda ukraynalı əsirlərlə bağlı “tribunal” hazırlanır
19:20 Rəsmi Kiyev Kremllə danışıqlara hansı şərtlər altında gedəcəyini açıqlayıb
19:17 “Gizir hazırlığı kursu”na qəbul başladı – Video
19:11 Yaxın 3 gün ərzində hava necə olacaq?
19:07 Lənkəranda yol qəzası olub, 2 ölü, 1 yaralı var
19:05 Paytaxtın bu yollarında sıxlıq var
18:35 Bakı və bölgələrdə qan verənlərin sayı açıqlandı
18:26 Məhkəmənin Şahmar Əliyev barəsində bəraət qərarından apellyasiya protesti verilib
18:14 “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün tədbir təşkil olunub
17:59 Ukrayna müdafiə nazirini öldürmək istəyən şəxs saxlanılıb
17:50 Füzulidə sakinlərin qazla bağlı problemləri dinlənildi – Fotolar
17:38 Azərbaycanda 55 dövlət əmlakı hərraca çıxarılacaq
17:32 Rusiya Ermənistan-İran sərhədinin mühafizəsini gücləndirir
17:29 “Dəniz kuboku” müsabiqəsinin hakimlərinin müşavirəsi keçirilib
17:17 Yeni il gecəsi bağ evindən qara brilliantlar, 120 min dollar oğurlayıblar…
17:05 Minatəmizləmə Agentliyi 3 milyon manata mobil sahə düşərgələri salacaq
16:55 Rusiyanın məşhur kənd təsərrüfatı şirkətinin gəliri 99 faiz azalıb
16:53 Qanunsuz balıq ovlayanlar cəzalandırıldı
16:44 “Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video
16:38 Son sutkada 3 vaksin vurulub
16:35 Rusiyada təyyarə qəzası olub, 3 nəfər ölüb
16:34 Yoluxanların sayı açıqlandı
16:32 Azərbaycanda bir neçə sahibkara cinayət işi başlanılıb
16:23 Almaniya kansleri: “Şimal axını-2″nin nəqli bərpa olunmayacaq”
16:05 Pənahəli xanın İspaniyada yaşayan nəticəsi: “Evimizdə doğma dilimizdə danışırıq”
16:03 Azərbaycan Avropaya qaz satışını 62 %-dən çox artırıb
15:56 Türkiyə Prezidenti: “Cənubi Qafqazda yeni dönəm başlayıb”
15:50 Ərdoğan: “Beynəlxalq ictimaiyyət 30 ilə yaxın davam edən işğal, qətliam və soyqırımı qarşısında heç bir addım atmadı”
15:44 Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub
15:39 “Dost da, düşmən də bilsin ki, can Azərbaycan tək deyil”
15:26 Səlim Müslümovun məhkəməsi başlayıb, prosesin qapalı keçirilməsini istəyib
15:19 Çavuşoğlu Azərbaycan səfirliyinə hücumdan danışdı
15:17 Çin Qarabağdakı gərginliyə münasibət bildirib
15:08 “Azərsu” sədrinin I müavini Qusarda vətəndaşları qəbul edəcək
15:02 FHN-də müşavirə keçirildi – Foto
14:57 Hacıqabulda TIR-ların təkərlərini deşən restoran işçisi həbs edildi
14:52 Aşurada qan verənlərin sayı açıqlandı
14:50 “NEQSOL Academy” gələcək inkişaf üçün oyunlaşdırma texnikasını təqdim edib
14:44 “Nərimanov”da sahibsiz çanta gərginlik yaratdı
14:41 “Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik” – XİN
14:37 “Bolt Services AZ” barədə antiinhisar qanunvericiliyinə uyğun qərar verilib
14:35 Bakıda qanunsuz ağac kəsiminə görə cinayət işi başlanılıb
14:31 Səfər Mehdiyevin sürdüyü maşının nömrəsi bu şirkətə məxsus imiş
14:29 Qırğızıstanda TDT Ağsaqqallar Şurasının iclası keçirilir
14:20 Fermerlərə təlim keçirilib – Fotolar
14:14 Azərbaycan Türkiyənin Ərzurum bölgəsindən məhsul idxalını 5 %-dək artırıb
14:11 Sahibkarlığın İnkişafı Fondu İsmayıllda 31 milyon manat kredit verib
14:08 İnnovasiya-Təchizat Mərkəzi UNICEF-lə 5 milyon manatlıq əməkdaşlıq edəcək
14:07 Rus Pravoslav Kilsəsinin nümayəndəsi: “Azərbaycanda dini nifaq salmaq cəhdləri nəticə verməyəcək”
14:05 Prezident büdcədən 5,3 milyon manat ayırdı
14:02 Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib – Foto
13:59 Tayvan ordusu sabahdan hərbi təlimlərə başlayır
13:56 Bakıda ASEAN-nın 55-ci ildönümü münasibətilə tədbir keçirilib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb – VİDEO

Multimedia 25/06/2022 21:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin Muğla əyalətində 4 gün öncə başlayan güclü meşə yanğınları artıq tam nəzarət altına alınıb.

Bölgənin xüsusilə Köyceyiz, Yeşilbelde, Dalaman, Marmaris, Seydikemer rayonlarında daha şiddətli şəkildə müşahidə edilən yerlərə intensiv müdaxilələr nəticəsində yanğın tam nəzarət altına alınıb.

Belə ki, iyunun 24-də gecə saatlarından bəri həcminə görə ən iritutumlu Mi-26 tipli helikopterləri Muğladaki müxtəlif yanğın nöqtələrinə 200 tona yaxın su boşaldıb.

Qeyd edək ki, küləyin istiqamətinin və surətinin dəyişməsi nəticəsində genişlənmiş yanğın bölgələrinə 253 yanğınsöndürən maşın, 30-dan çox su tankeri, 46 helikopter və 15 təyyarə olmaqla, ümumilikdə 600-dən artıq müxtəlif təyinatlı texnikalar cəlb olunub.

Bununla yanaşı, İstanbul, Ankara, İzmir və Antalya başda olmaqla Türkiyənin 22 şəhər və vilayətlərindən xüsusi xilasetmə və yanğınsöndürmə əməkdaşları yanğın baş verən yaşıllıq zolaqlarında soyutma işləri aparır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada başlayan bu ilki yanğınlarda ümumilikdə 4 500 hektar əraziyə ziyan dəydiyini açıqlayıb.

Oxumağa dəyər:   Ceyhun Bayramov Türkiyəyə yola düşdü

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin tabeliyində “BE-200ÇS” tipli amfibiya təyyarəsi də qardaş ölkənin yanğınla mübarizəsinə dəstək verməkdədir.

Dünən müxtəlif koordinatlar üzrə yanğınsöndürmə tapşırıqlarını icra edən Azərbaycanın amfibiya təyyarəsi 120 tondan artıq su boşaldıb. Yerli əhali Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Gizir hazırlığı kursu”na qəbul başladı – Video

Multimedia 08/08/2022 19:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 8-dən sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına  müraciət edə bilərlər.

Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla 5 (beş) il müddətinə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

Oxumağa dəyər:   Ukraynada "Bayraktar"ların komplekt hissələrinin istehsalı zavodu tikiləcək

– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;

– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri – 2 nüsxədə;

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə;

– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə;

– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə;

– 8 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);

– psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;

Oxumağa dəyər:   Pensiyalar bu tarixdə ödənəcək

– qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

– qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;

– hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 2022-ci il avqust ayının 8-dən sentyabr ayının 10-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.

Telefon: (012) 538-35-70.

Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Gizir hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video

Multimedia 08/08/2022 16:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

“Azərişıq” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində 84 abonenti olan Qamışlıgöl kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 14 km-dan çox 10 kV-luq, 6 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənəcək.

Cəlilabadın Sadatlı kəndində də yenilənmə işlər davam etdirilir. 80 abonenti olan kənd ərazisində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 5 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndləri ilə yanaşı, rayonun Albalan, Xəlilli, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı və Yusublu kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Oxumağa dəyər:   Ukrayna limanlarından soya və qarğıdalı daşıyan 2 gəmi yola düşüb

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı

Multimedia 08/08/2022 13:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılıb.

Hadisə vaxtı Səfər Mehdiyev idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib. Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyev onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən” deməsi görünür.

Yol polisi isə cavabında ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” deyə bildirir.

Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.

Qeyd edək ki, görüntülər Səfər Mehdiyev DGK sədri olarkən çəkilsə də, bu gün ictimailəşib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı-Gəncə qatarında yenilik – VİDEO

Multimedia 08/08/2022 12:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Avqustun 10-dan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına onlayn rejimdə alınmış biletlər avtomatik olaraq elektron qeydiyyatdan keçirilmiş olacaq.

ADY-dən verilən məlumata görə, bununla da sərnişinlərin gediş-gəliş biletini onlayn sifariş etdikdən sonra kassalara yaxınlaşmasına ehtiyac qalmayacaq.

Sərnişinlərin elektron biletlərinin (mobil elektron cihazlarda və ya çap olunmuş şəkildə kağız daşıyıcılarda) qeydiyyatını qatara minik zamanı xüsusi aparat vasitəsilə sərnişin vaqonunun bələdçiləri yoxlayacaq. Elektron biletin satışı qatarın yola düşməsinə 1 saat qalmış dayandırılır, lakin sərnişinlər bilet kassasına yaxınlaşaraq əvvəlki qaydada gediş biletini əldə edə bilərlər. Qatarın yola düşməsinə 1 saatdan çox vaxt qaldıqda sərnişin bileti şəxsi kabinetindən geri qaytarma qaydalarına əsasən geri qaytara bilər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərdən qatara minik zamanı şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd), eləcə də peyvənd əks-göstəriş və ya immunitet sertifikatı, 16 yaşadək sərnişinlərdən (uşaqlardan) isə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.

Oxumağa dəyər:   Pensiyalar bu tarixdə ödənəcək

Sərnişinlərə qatarın yola düşməsinə 30 dəqiqə qalanadək minik stansiyası və dayanacaqlara gəlmələri tövsiyə edilir. Bu, sərnişinlərin gediş sənədlərinin (elektron biletlərinin), peyvənd, əks-göstəriş və ya immunitet sertifikatlarının yoxlanışı prosedurunun tezləşdirilməsi, sərnişinlərin qatara gecikməsinin qarşısını alınması və qatarın qrafik üzrə hərəkət etməsi məqsədini daşıyır.

Yaxın zamanda ADY-nin istifadəyə verəcəyi yeni mobil tətbiqi vasitəsilə də elektron bilet almaq mümkün olacaq.

Elektron bilet almaq üçün ADY-nin rəsmi səhifəsinə keçid edə və ya elektron bilet satışı, vaksin sertifikatına dair qaydalarla tanış ola bilərsiniz.

Qeyd edək ki, sərnişinlər avqustun 10-na qədər onlayn alınan biletlər üçün əvvəlki qaydada kassaya yaxınlaşaraq kağız biletlər almalıdır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO

Multimedia 08/08/2022 12:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Andromed klinikasının rəhbəri, həkim Mirzəli Cəfərquliyev Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqinin ondan rüşvət tələb etdiyini iddia edib.

Videomüraciətində M.Cəfərquliyev bildirib ki, bir müddət əvvəl klinikasının yerləşdiyi Xəzər rayonu Mərdəkan qəsəbəsindəki binanın yaxınlığında bir neçə ağac kəsilib. Daha sonra ağacı kəsənlər müəyyən edilərək cəzalandırılıblar: “Bir neçə gün sonra mənə Baş Prokurorluğun İstintaq İdarəsindən zəng etdilər. Müstəntiq Vətən Əliyev mənə bildirdi ki, bu işi bağlamaq üçün 25 min manat verməliyəm. Həmin vaxt ağacların kəsilməsinə hər hansı aidiyyətim olmadığını dedim, ağacı kəsənin də məlum olduğunu, həmin şəxsin günahını etiraf etdiyini və cərimələndiyini qeyd etdim. Lakin məni rahat buraxmadılar. 4 ay ərzində ardıcıl olaraq lüzumsuz yerə məni 20-25 dəfə idarəyə çağırtdırıb saatlarla gözlətdilər, azadlığımı bir növ məhdudlaşdırdılar”.

M.Cəfərquliyev artıq onun barəsində açılmış cinayət işi üzrə materialların Xəzər Rayon Məhkəməsinə göndərildiyini əlavə edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab verilib. Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi aparılarkən, həmin tikilinin qarşısında meşə fonduna daxil olmayan 2 ədəd yaş kök üstə bioloji inkişafda olan sərv ağaclarının qanunsuz kəsilməsi nəticəsində 2700 manat ziyan dəyməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb:

Oxumağa dəyər:   Pənahəli xanın İspaniyada yaşayan nəticəsi: "Evimizdə doğma dilimizdə danışırıq"

“İş üzrə təqsirləndirilən Cəfərquliyev Mirzəli Cəfərqulu oğluna Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

20 mart 2022-ci il tarixdə cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib”.

Nizam Rza

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO

Hadisə 08/08/2022 10:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən iyul ayında rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, soyğunçuluq törədən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 61 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən 40-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 10 min 143 ədəd yaş halda çəkisi 431 kiloqram olan narkotik tərkibli çətənə kolu və 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitələr aşkar olunub.

Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Balaxanı, Zabrat, Bakıxanov, Maştağa, Nardaran və digər qəsəbələrdə yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 12 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 85 şəxsi evdən və obyektdən pul və məişət əşyaları oğurladıqları müəyyən edilib. Hesabat dövründə Sabunçu rayonunda üzərində qanunsuz olaraq silah saxlayan, quldurluq və soyğunçuluq edən 3 nəfər də tutularaq istintaqa cəlb edilib.

Oxumağa dəyər:   Kreml: Putinlə Paşinyan Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edilənlər tutuldu – Video

Multimedia 06/08/2022 14:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlal Həsənov və tanışı Elvin Novruzov saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin şəxslərin əlindəki bağlamaya baxış zamanı 10 kiloqrama yaxın marixuana və tiryək aşkar edilib. Onlar ifadələrində sosial şəbəkə vasitəsilə tanış olduqları xaricdə yaşayan narkotacirin şirnikləndirici vədləri müqabilində Bakıda narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.

Nərimanov RPİ-nin həyata keçirdiyi digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vəkilxan Səmədov və Pərviz Əsgərov da tutulublar. Bu şəxslərdən və idarə etdikləri avtomobillərdən 10 kq-dan artıq heroin, 2 kq tiryək aşkar edilib. Adları qeyd edilən şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+

Multimedia 05/08/2022 19:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.

Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.

Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

***

Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqənin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Azyaşlı qrup üzrə qaliblər:

I yer Həzrət Əzizli

II yer Fatimə Kərimova

III yer Sabir Ağayev.

Gənc xanəndələr arasında qaliblər:

I yer  Fuad Əzizadə

II yer Ülkər Abdullayeva və Aynur Həsənxanova

III yer Daşqın Kürçaylı və Vüqar Əbilov

Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO

Multimedia 05/08/2022 16:31
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.

Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.

Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb – VİDEO

Hadisə 05/08/2022 14:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 3-də FHN-in “112” qaynar telefon xəttinə İsmayıllı şəhəri, Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanan materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO

Multimedia 05/08/2022 14:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli Cümə xütbəsində ötən gün bir qrup radikal şəxsin Londondakı səfirliyimizə hücum etməsinə münasibət bildirib.

Hacı Şahin baş verənlərin və davranış formasının İslam dinə uyğun olmadığını deyib:

“Baxmayaraq ki, məlum şəxslər orada dini şüarlar səsləndirirdi, əslində bu dini hisslərin istismar edilməsidir. Bu insanların dini və məzhəbi yoxdur. Onların fəaliyyətini araşdıranda məlum olur ki, ilk gündən qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə görürlər. Ordan endirilən, təhqir edilən bayraq uğrunda minlərlə canını fəda edərək şəhidlik zirvəsinə ucalıb. O, bayrağın endirilməsi, təhqir edilməsi, dövlətimizlə yanaşı, dinimizin, inancımızın təhqir edilməsidir”.

Hacı Şahin əlavə edib ki, Londonda törədilən hadisıə bu günlərdə Azərbaycanın həyata keçiridiyi “Qisas” əməliyyatı ilə də bağlı ola bilər: “Mən baxıb görürəm ki, erməni teleqram kanalları Londondakı hadisəni böyük canfəşanlıqla yayırlar. Yəqin ki, zaman göstərəcək ki, bu kimi addımlarda düşmən izi var. Azərbaycanın inanclı insanları da bu kimi hadisələrdə diqqətli olmalıdırlar. Görürük ki, dini hisslərə toxunaraq Azərbaycanda qarışıqlıq yaratmağa cəhd göstərirlər”.

Oxumağa dəyər:   Lənkəranda yol qəzası olub, 2 ölü, 1 yaralı var

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Baş Prokurorluq “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb

Hadisə 05/08/2022 11:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Baş Prokurorluğun Mətbuat Xidməti “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb.

Bu barədə Xidmətdən məlumat verilib.

Bildirilib ki, Xidmət tərəfindən hazırlanmış videoçarxda “Dini ekstremizm nədir?” sualına vətəndaşlarımıza cavab verilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ordumuzun nəzarət etdiyi Sarıbabadan – Görüntülər – VİDEO

Multimedia 04/08/2022 22:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan sonra Azərbaycan Ordusu cavab tədbirləri görüb və Anar Kazımovun qisasını almaq üçün antiterror əməliyyatına başlayaraq Sarıbaba dağını nəzarətə götürüb. 

Real TV Sarıbaba dağından reportaj hazırlayıb.

Həmin reportajı təqdim edirik: 

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Mingəçevirdə ahıl kişi bataqlığa düşüb – VİDEO

Hadisə 04/08/2022 14:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mingəçevirdə ahıl kişi bataqlığa düşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə şəhərin “Daş Karxanası yolu” deyilən ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü T.Kərimov bataqlıq ərazidə ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində vətəndaş bataqlıqdan çıxarılaraq xilas edilib və aidiyyatı üzrə təcili tibbi yardım briqadasına təhvil verilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

HHQ-nin aviasiya vasitələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir – Video

Multimedia 04/08/2022 12:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir.

Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunur.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Erməni təxribatına İran səfirliyindən – Reaksiya – VİDEO

Multimedia 04/08/2022 10:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İranın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə yayılan İranın Azərbaycanla sərhədə ağır texnika yığması ilə bağlı görüntülərə aydınlıq gətirib.

Ranın Azərbaycandakı səfirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, İran İslam Respublikasının İslam Keşikçiləri Korpusunun (SEPAH) rəsmi “Telegram” kanalı yoxdur, SEPAH-ın rəsmi mövqeyini rəsmi kanallar və bu qurumun sözçüsü tərəfindən öyrənmək olar.

“Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Həmin görüntülər bir neçə il əvvələ aiddir. Bu kimi şayiələr iki ölkə əlaqələrinin bədxahları tərəfindən Tehran-Bakı əlaqələrini pozmaq niyyəti ilə dövriyyəyə buraxılır”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün erməni teleqram kanalları növbəti təxribata əl atıb. Sözügedən kanallarda yayılan videoda guya İran Azərbaycanla sərhəddə təlim keçirmək üçün əraziyə texnika yığır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 08/08/2022 19:17

“Gizir hazırlığı kursu”na qəbul başladı – Video

Read more
Multimedia 08/08/2022 16:44

“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video

Read more
Multimedia 08/08/2022 13:23

Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı

Read more
Multimedia 08/08/2022 12:43

Bakı-Gəncə qatarında yenilik – VİDEO

Read more
Multimedia 08/08/2022 12:30

“Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO

Read more
Hadisə 08/08/2022 10:20

Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 06/08/2022 14:08

Şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edilənlər tutuldu – Video

Read more
Multimedia 05/08/2022 19:41

Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+

Read more
Multimedia 05/08/2022 16:31

Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO

Read more
Hadisə 05/08/2022 14:53

İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb – VİDEO

Read more
Multimedia 05/08/2022 14:08

“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO

Read more
Hadisə 05/08/2022 11:56

Baş Prokurorluq “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb

Read more
Multimedia 04/08/2022 22:14

Ordumuzun nəzarət etdiyi Sarıbabadan – Görüntülər – VİDEO

Read more
Hadisə 04/08/2022 14:53

Mingəçevirdə ahıl kişi bataqlığa düşüb – VİDEO

Read more
Multimedia 04/08/2022 12:59

HHQ-nin aviasiya vasitələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir – Video

Read more
Multimedia 04/08/2022 10:44

Erməni təxribatına İran səfirliyindən – Reaksiya – VİDEO

Read more
Multimedia 04/08/2022 10:14

Zelenski Qarabağdakı gərginlikdən danışdı – VİDEO

Read more
Multimedia 04/08/2022 08:41

Şəhid Anar əsgərliyə belə yola salınmışdı – Video

Read more
Multimedia 04/08/2022 07:11

Şuşada 28 il sonra tapılan dəftər… – Video

Read more
Multimedia 03/08/2022 22:32

Erməni teleqram kanallarından növbəti təxribat – Video

Read more
Multimedia 03/08/2022 19:20

Ordumuzun “Qisas” əməliyyatının – Videosu

Read more
Multimedia 03/08/2022 16:11

FHN bulvarda intihara cəhd edən qadını xilas edib – Video

Read more
Multimedia 03/08/2022 13:29

Neftçalada 4 kəndin elektrik şəbəkəsi yenidən qurulur – Video

Read more
Multimedia 03/08/2022 11:59

Ötən sutka 4 azyaşlı xilas edilib – Video

Read more
Hadisə 03/08/2022 11:11

Baş Prokurorluq Şuşaya səfər etmək istəyənlərə müraciət ünvanlayıb – VİDEO

Read more
Multimedia 01/08/2022 23:16

Nazirlik rəsmisindən Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı – Açıqlama – VİDEO

Read more
Multimedia 01/08/2022 21:56

Tarixçilərin Ermənistanın yalançı tarixçiləri ilə mübarizəsi: uduzan yalnız erməni cəmiyyətidir – VİDEO

Read more
Multimedia 01/08/2022 17:29

Otuz ildən sonra dağlarda cığır açanlar – Laçından ilk VLOG – VİDEO

Read more
Multimedia 01/08/2022 11:32

FHN “Şirvan OCL” şirkətinin mərkəzi çənlər parkında yanğın-taktiki təlim keçirdi – Video

Read more
Multimedia 31/07/2022 11:02

İki Şəhid anasının toyda icra başçısı ilə rəqsi duyğulu anlar yaşatdı – Video+Fotolar

Read more
Multimedia 30/07/2022 15:11

Gömrük Komitəsi Dubaydan 30 ədəd telefonun ölkəyə keçirilməsinin qarşısını alıb – VİDEO

Read more
Multimedia 29/07/2022 19:44

Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs olundu – Video

Read more
Multimedia 29/07/2022 19:15

“Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlandı – Fotolar – VİDEO

Read more
Multimedia 29/07/2022 17:02

Baydenin bu videosu sosial şəbəkədə gündəm oldu

Read more
Multimedia 29/07/2022 10:05

Azərbaycan şirkətinin Balkanlarda artan nüfuzu – VİDEO

Read more
Multimedia 28/07/2022 16:04

Bir damcı su: biz onun haqqında nə bilirik? – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla