“Sığınacaq axtaran şəxslərin könüllü vətənlərinə geri qayıtması siyasətimizin tərkib hissəsidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 600 minə yaxın insan könüllü olaraq Suriya ərazisində yerləşən təhlükəsiz bölgələrə qaytarılıb: “Qətərlə əməkdaşlıq etdik. Yeni köçürmə layihəsi ilə biz bir neçə ildən sonra 1 milyon qaçqının geri qayıtmasını təmin edəcəyik.

Təhsil, səhiyyə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, turizm və idman da daxil olmaqla, ölkəmizə əsrlər boyu qazanc gətirdiyimiz sahələrdə səviyyəni daha da yüksəldəcək investisiyalarla yolumuza davam edəcəyik. Ölkənin şərtlərinə və gənclərimizin gözləntilərinə cavab verəcək təcrübələri genişləndirməyə davam edəcəyik.

Dünyanın nümunə götürdüyü infrastrukturumuzu, sığorta sistemimizi daha da irəli aparacağıq. Şəhər xəstəxanalarımızı artıracağıq. İnkişafın əsas infrastrukturu olan nəqliyyat və enerji sahələrində investisiyaları qlobal səviyyəyə qaldıraraq Türkiyənin mövqeyini daha da gücləndirəcəyik”.

Ərdoğan əlavə edib ki, ölkənin müdafiə sənayesi daha da gücləndiriləcək:

İstinadlar Report