
Türkiyədə zəlzələ zamanı dağılan binalara görə məsuliyyət daşıyan 1 364 şübhəli barəsində əməliyyat başlanılıb, 302 nəfər həbs edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.
Onun sözlərinə görə, 312 nəfər haqqında həbs qərarı var. Şübhəlilərdən 64-nün öldüyü müəyyən edilib.