Türkiyənin Sivas şəhərində yol qəzası olub.

Hadisə Sivas-Kayseri yolunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 11 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir.

İstinadlar Report