
Türkiyədə ağır yol qəzası baş verib.
Hadisə Aydın vilayətində qeydə alınıb.
Aydın vilayətindən İzmir vilayətinə gedən avtomobillə Selçukdan Aydın vilayəti istiqamətində hərəkət edən avtomobilin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.
Yol kənarlarındakı dəmir maneələr avtomobillərin uçuruma yuvarlanmasının qarşısını alıb.
Xəsarət alanlar təcili yardım maşınları ilə ayrı-ayrı xəstəxanalara yerləşdiriliblər.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.