Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətinin Akçakale şəhərində altımərtəbəli binada məişət qazının partlaması nəticəsində 6 nəfər yaralanıb.
Polisin müəyyən etdiyi kimi, fəhlə emalatxanalarının yerləşdiyi binanın birinci mərtəbəsində məişət qazı ilə işləyən qazan partlayıb.