
Türkiyənin cənub-şərqində xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri “Eren Abluka” əməliyyatının 17-ci mərhələsi çərçivəsində Siirt vilayətində PKK-nın iki terrorçusunu məhv edib.
Pervari bölgəsində zərərsizləşdirilən silahlılardan birinin daha əvvəl Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş “Arın” kod adlı xüsusi təhlükəli terrorçu Şükran Alp olduğu üzə çıxıb.