Türkiyənin Diyarbakır əyalətinin Liçe rayonunda terrorçu PKK qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 3 hərbçi şəhid olub, 2-si yaralanıb.

Antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib, 1-i yaralanıb.

Qeyd edək ki, mayın 28-dən Türkiyə təhlükəsizlik qüvvələrinin 10 min 73 əməkdaşı Diyarbakır əyalətinin 6 rayonunda, 104 kənd dairəsində “Bayrak-54” adlı əməliyyat keçirir.

İstinadlar Report