Türkiyənin İraq ilə sərhədində PKK terrorçuları ilə atışma zamanı 4 hərbçi həlak olub, daha 6-sı yaralanıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Anti-terror əməliyyatında Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının bölmələri iştirak edir. Bölgədə əməliyyat davam edir.

İstinadlar Report