Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 4-ü yaralanıb.

Hadisə Diyarbakır əyalətinin Dicle rayonu ərazisində baş verib. 

Bölgədə keçirilən antiterror əməliyyat zamanı terrorçu PKK qruplaşması silahlıları ilə hərbçilər arasında atışma olub.

Yaralanan hərbçilər Səlahəddin Əyyubi adına dövlət xəstəxanasına yerləşdiriliblər.

Bölgədə antiterror əməliyyatı davam edir.

İstinadlar Report