Türkiyənin Tunceli bölgəsi ətrafında keçirilən antiterror əməliyyatı zamanı 2 hərbçi şəhid olub, 2-si yaralanıb.

Məlumatı təhlükəsizlik orqanları yayıb.

Bildirilib ki, təhlükəsizlik qüvvələrinin terrorçulara “Təslim olun” xəbərdarlıqlarına qarşı tərəf atəşlə cavab verib. Nəticədə 4 hərbçi yaralanıb. Onlar Tunceli dövlət xəstəxanasına aparılıb.Yaralılardan ikisi hospitalda vəfat edib.

İstinadlar Report