
Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.
Şəhərin Karakaş məhəlləsində yerləşən və kafe kimi istifadə edilən iki mərtəbəli bina Osmanlı dövrünə aiddir.
Yanan binanın yaxınlığında yerləşən dörd mərtəbəli yaşayış binasının sakinləri təxliyə olunub.
Yanğına müdaxilə davam edir.
Kırklareli valisi Birol Ekici, Bələdiyyə sədri Derya Bulut və bölgənin jandarm komandanı, polkovnik Cemalettin Akyüz hadisə yerindədirlər.