Ankara məhkəməsi “Twitter”, “Facebook” və bir sıra digər saytlara girişin məhdudlaşdırılması barədə qərar çıxarıb. AZƏRBAYCAN24 “Euronews”a istinadən xəbər verir ki, buna səbəb kimi partlayış anının görüntülərinin sosial mediada yayılması göstərilib.

Qeyd edək ki, Ankaranın mərkəzi Kızılay meydanı yaxınlığında törədilən terror aktı nəticəsində 32 nəfər ölüb, 75 nəfər yaralanıb.