Təxminən 8 ay əvvəl başladığımız Ankara prosesində (Somali və Efiopiya arasında -red) mühüm razılaşma əldə etdik. Beləliklə, bəzi narazılıqları və anlaşılmazlıqları birlikdə aradan qaldıraraq, Somali və Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq.

Bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somalinin dövlət başçısı və Efiopiyanın Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Somali və Efiopiyanın yerləşdiyi bölgə keçmişdə çoxlu haqsızlıqlara məruz qalmasına və ciddi qarşıdurmalara meydan olmasına baxmayaraq, tarixin parlaq dövrlərini yaşamış, bəşəriyyətə mühüm töhfələr vermiş coğrafiyadır. Regionn əhalisi çətinliklərin öhdəsindən gəlmək üçün həmişə müdriklik nümayiş etdirib. İnanıram ki, indicə razılaşdırılmış birgə bəyannamə gələcək dövrdə regionda qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq, iqtisadi inkişaf və firavanlıq üçün möhkəm zəmin yaradacaq”, – Türkiyə lideri deyib.

Ərdoğan qeyd edib ki, bu həm də dövlət xadimlərinin gələcək nəsillər qarşısında borcu və məsuliyyətidir: “Burada bəyan etdiyimiz konsensus belə bir baxışın məhsuludur. Bundan sonra atacağımız addımlara birlikdə qərar verəcəyik və bölgə əhalisinin əmin-amanlığını və rifahını artıracaq layihələr həyata keçirəcəyik.

İstinadlar Report