Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda kafeyə silahlı hücum olub.

Məlumata görə, hadisə dünən axşam saatlarında olub. Maskalı şəxs kafeyə daxil olaraq odlu silahdan 4 nəfərə atəş açmağa başlayıb. Atəş nəticəsində 3 nəfər xəsarət alıb.

Cinayətkar hadisə yerindən qaçıb. Yaralılar ətrafdakı şəxslər tərəfindən xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hazırda cinayətkarın yaxalanması ilə bağlı əməliyyat keçirilir.