Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Qeyd edilir ki, hadisə Sivasda, Koyulhisar ərazisində baş verib. Belə ki, sərnişin avtobusu yük maşını ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

İstinadlar Report