Türkiyədə bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonunda qeydə alınıb. Sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 26 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım maşınları və xilasedicilər cəlb edilib.

İstinadlar Report