Türkiyədə keçirilmiş yerli seçkilərdə Güc Birliyi Partiyası cəmi üç səs alıb.

Buna Türkiyə İqtisadi Siyasətlər Araşdırma Fondunun (TEPAV) nümayəndəsi Mert Uzunsoy diqqət verib.

“Biz seçki məlumatlarını bir çox aspektlərdən nəzərdən keçirəcəyik və təhlil edəcəyik, ancaq əvvəlcə ən maraqlı məlumatlardan birini paylaşım. Yalnız Mudurnuda (Bolu şəhərinin rayonu – red.) seçkiyə qatılmış Güc Birliyi Partiyası cəmi üç (3) səs toplayıb. Və cümhuriyyət tarixində seçkilərdə ən az səs almış siyasi partiya olub”, – araşdırmaçı qeyd edib.

İstinadlar Report