Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin məhkəməsi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Fazil Qasımov vəkilləri müvəkilləri ilə üzbəüz ünsiyyət qurmaq üçün vəsatət veriblər.
Məhkəmə vəsatəti təmin edib.
Belə ki, zal boşaldılaraq Fazil Qasımovun vəkilləri ilə görüşünə şərait yaradılıb.
Daha sonra məhkəmə digər vəsatətlərin müzakirəsi ilə davam edib.
Fazil Qasımovun vəkili Rövşanə Rəhimova müvəkkilinin səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
Həmçinin vəkil bildirib ki, bu cinayət işi Qubad İbadoğlunun cinayət işi ilə birlikdə başlasa da, indi Qubad İbadoğlu səhhəti ilə əlaqəli olaraq evdədir.
Məhkəmə müşavirədən sonra ev dustaqlığı və cinayət işinə xitam verilməsi barədə verilmiş vəsatətləri təmin etməyib.
Proses oktyabrın 10-da davam edəcək.