Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən sərt karantin rejimi mayın 17-dən ləğv ediləcək.

Türkiyənin Daxili İşlər Nazirliyi bununla bağlı mərhələli normallaşma planını açıqlayıb.

Bildirilib ki, həftə sonu saat 10.00-dan 17.00-dək market, dükan və baqqaliyyələr açıq olacaq, həftə içi küçəyə çıxma yasağı saat 21-dən 05.00-dək davam edəcək, iaşə yerləri həftə ərzində saat 07.00-dan 20.00-dək, onlayn çatdırılma saat 20.00-dan 00.00-dək xidmət göstərəcək, mayın 17-dən iyunun 1-dək kafe, çayxana, kinoklublar, internet kafe, üzgüçülük hovuzları və idman zalları qapalı qalacaq.

İstinadlar Report