Türkiyədə rusiyalı turistləri daşıyan avtobus aşıb.

Bu barədə DHA agentliyi məlumat yayıb.

Bildirilir ki, turistlər Antalya hava limanından Side şəhərinə gedirmişlər.

“İlkin məlumata görə, 18 rusiyalı və avtobus sürücüsü xəsarət alıb. Ümumilikdə avtobusda 25 Rusiya vətəndaşı olub”, – məlumatda qeyd olunur.

Şahidlər qəzanın nəticələrini lentə alıblar.

İstinadlar Report