Türkiyənin qərbində yerləşən Manisa şəhərində 5 maqnitudalı zəlzələ olub.

Bu barədə Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.

Məlumata görə, yeraltı təkanların ocağı 12,7 km dərinlikdə yerləşib. Zəlzələ yerli vaxtla 01:36-də (Bakı vaxtı ilə 02:36) qeydə alınıb. Təbiət hadisəsinin episentri Soma yaşayış məntəqəsində olub.

Ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi zəlzələni 4,8 maqnitudada qiymətləndirib.

İstinadlar Report