Türkiyədə qatar qəzası baş verib.

Hadisə İstanbulun Florya səmtində qeydə alınıb.

Belə ki, Halkalı – Sirkeci Banliyö dəmiryolunda sınaq məqsədilə xəttə buraxılmış Marmaray qatarı ilə dəmir yolu xətlərini dəyişdirən nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report