Türkiyənin Ədirnə bölgəsində qanunsuz mühacirələri daşıyan avtomobilin qəza törətməsi nəticəsində azı 10 nəfər ölüb və yaralananlar var.

Məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, ilkin məlumata əsasən, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil divara çarpılıb. Yaralananların sayı dəqiqləşdirilir.

Hadisənin səbəbi araşdırılır.

İstinadlar Report