
Türkiyənin Konya vilayətinin polisi terror fəaliyyətində iştirak etməkdə şübhəli bilinən beş nəfəri saxlayıb.
Onlar arasında “canlı bomba” olmağa hazırlaşdığı güman edilən qadın da var.
Saxlanılan qadın Necla E. PKK terror təşkilatının gənclər qanadının üzvüdür.O, Suriyanın Kobani şəhərində xüsusi təlim keçib və iki gün əvvəl Konyaya gəlib.
Saxlanılanlar polislərə hücum etməyi planlaşdırırmış.