Türkiyədə partlayış olub.

Məlumata görə, partlayış Hatayda, İskəndərun ərazisində qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, xilasedici və tibb işçisi cəlb edilib. Partlayış zamanı avtomobillərə, yaşayış binasına ziyan dəyib.

Ərazi mühasirəyə alınıb.

Hadisənin təfərrüatı açıqlanmır.

İstinadlar Report