
Türkiyənin Mardin vilayətinin Kızıltepe rayonunda yerli vaxtla saat 21:00 radələrində partlayış baş verib
PKK terrorçuları tərəfindən körpüdə yerləşdirilən partlayıcı maddə polis avtomobili keçdikdən dərhal sonra işə salınıb.
Hadisə nəticəsində 1-i hamilə qadın olmaqla 3 mülki vətəndaş yaralanıb.
Yaralılar Kızıltepe Dövlət Xəstəxanasına çatdırlıb. Partlayışın ardından bölgəyə çox sayda təhlükəsizlik qüvvələri cəlb edilib. Terrorçuların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.