Son gün ərzində Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 813 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 185 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 238 450-yə yüksəlib.

İstinadlar Report