Türkiyənin Aydın şəhərində onlarla qanunsuz miqrant saxlanılıb.

Qeyd edilir ki, qanunsuz miqrantların olduğu rezin qayıq ölkənin Sahil Mühafizəsi Xidməti tərəfindən Quşadası körfəzində aşkarlanıb. Onlar Yunanıstanın Sisam adasına getmək istəyiblər.

Xidmətin əməkdaşları tərəfindən saxlanılan qayıqda 22 suriyalı, 7 konqolu və Afrikadan daha 2 nəfər olmaqla, ümumilikdə 31 miqrant aşkarlanıb.

Mühafizə Xidməti əməkdaşlarının keçirdiyi ikinci əməliyyat zamanı 20 fələstinli, 8 suriyalı olmaqla, daha 28 qanunsuz miqrant saxlanılıb.

Hər iki əməliyyat zamanı saxlanılan ümumilikdə 59 miqrant ifadələrinin alınması üçün Aydın şəhərinin Miqrant Bürosuna təhvil veriliblər.

Daha əvvəl Türkiyənin qərbində ölkə sərhədini qanunsuz keçməyə çalışan 223 miqrant saxlanılıb.

İstinadlar Report