Azərbaycanın İstanbuldakı baş konsulluğu Atatürk hava limanında baş verən terror hadisəsi zamanı xəsarət alan və ölənlər arasında azərbaycanlıların olub-olmamasını araşdırır

Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.

Terror aktı nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, 147 nəfər isə yaralanıb.