PKK-ın törətdiyi terror aktında xəstəxanya çatdırılan əsgərlərdən biri də xətəxanada şəhid olub

Digər 3-ün vəziyyəti isə hələ də ağırdır

Türkiyədən növbəti bəd xəbər aldıq. Bu gün günorta saatlarında qardaş ölkədə 1 əsgər şəhid olub və 4-ü yaralanıb.

Mardinin Derik qəsəbəsində əsgərləri daşıyan avtomobilin keçdiyi yerə PKK terror təşkilatının nümayəndələri partlayıcı maddə qoyub. Avtmobilin gəlişi zamanı uzaqdan idarə etməklə partlayıcı maddəni işə salıblar. Hadisə nəticəsində 1 əsgər şəhid olub, 4-ü yaralanıb.