Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen Hava Limanında bomba həyəcanı yaşanıb
Təyyarənin uçuşa hazırlandığı zaman bir sərnişinin qaçaraq enməsi ciddi təşvişə səbəb olub.

Məlumata görə, bomba olması ehtimalı təyyarənin yük yerlərinin xüsusi təyinatlar tərəfindən yoxlanılmasına səbəb olub.

Həmin təyyarənin hələ ki, uçuşuna icazə verilmədiyi bildirilib.

Qeyd edək ki, şübhəli şəxs haqqında ətraflı məlumat verilməyib.