
Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda neft boru kəmərində irimiqyaslı partlayış baş verib.
Partlayışdan sonra başlayan yanğın Kahramanmaraş-Qaziantep avtomobil yoluna da keçib. Yanğın səbəbindən əraziyə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşını göndərilib.
Partlayışın miqyasının böyüməsi ilə Qaziantep-Kahramanmaraş arasında magistral yol bağlanıb, nəqliyyatın hərəkəti dayanıb.
Hadisənin baş verməsi hələ məlum deyil.