Bu gün Vətən müharibəsi qazisi, Füzuli rayon Aşağı Yağlavənd kənd sakini Rüstəmli İlkin Elçin oğlu “Yaşat Fondu” tərəfindən Türkiyədə müalicəsini bitirərək geri dönüb.

Qazinin qarşılanma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti iştirak edib.

İcra başçısı Alı Alıyev mərasimdə çıxış edib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun mənfur düşmənin işğalı altında olan torpaqlarımızı azad edib. Torpaqlarımızın işğaldan azad olunmasına şəhidlərimizin, qazilərimizin canı-qanı hesabına nail olmuşuq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, əsgər və zabitlərimizə isə cansağlığı arzulayırıq”.

Qeyd edək ki, qazimiz İlkin Rüstəmli hərbi xidmətini Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Qüvvələrində keçib və kurs keçərək kiçik çavuş kimi xidmətini davam etdirib. Oktyabr ayının 22-də Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Rəşadət ordeni” ilə təltif olunub.


İstinadlar Qafqazinfo