Türkiyədə miqrantların olduğu qayıq batıb.

Hadisə bu gün səhər saatlarında Bodrum sahillərində qeydə alınıb.

Qəza nəticəsində 31 nəfər xilas edilsə də, 8 nəfər ölüb, 4 nəfər itkin düşüb.

Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Miqrantların qanunsuz yolla Yunanıstana getməyə çalışdıqları bildirilir.

İstinadlar Report