Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb.

Məlumata görə, onlar Suriya əsilli 2 qardaşdır. Şübhəli şəxslər hüquq-mühafizə orqanlarının ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə birlikdə keçirdiyi əməliyyat zamanı saxlanılıblar. PKK üzvlərinin ölkədən qaçmaq planlarının olduğu müəyyənləşdirilib.

İstinadlar Report