
Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.
Bu barədə yerli prokurorluq məlumat yayıb.
“DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb”, – kurortun yerləşdiyi Bolu vilayətinin prokurorluğundan bildirilib.
Bundan əvvəl 76 nəfərin öldüyü bildirilirdi. Türkiyə Səhiyyə Nazirliyi yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-nun xəstəxanalardan evə buraxıldığını, 12 nəfərin müalicəsinin davam etdiyini bildirib.