Son sutka ərzində Türkiyədə koronavirusa 1 711 yeni yoluxma aşkarlanıb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla ölkədə COVID-19 xəstələrinin ümumi sayı 299 810 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, son sutkada təhlükəli infeksiyadan daha 62 nəfər vəfat edib. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 7 377 nəfərə yüksəlib.

İstinadlar Report