Türkiyədə koronavirusa qarşı hazırlanan vaksinin ilk sınağı keçirilib.

Azərbaycan 24 xəbər verir ki, bu barədə Türkiyə Elm Qurumunun üzvü, professor Atəş Kara məlumat yayıb. Onun sözlərinə görə, vaksin ilk dəfə heyvanlar üzərində sınaqdan keçirilib və nəticə uğurlu alınıb.
Professor bildirib ki, vaksin virusun hüceyrələrə yoluxmasının qarşısını uğurla alıb. İndi isə növbədə insanlar üzərində effektivliyi yoxlamaqdır.