Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk dəfə yalnız Danimarka dilində danışmağa başlayıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Əməliyyatdan sonra kişinin sağ qolu və ayağı zəifləyib. Həkimlər təcili angioqrafiya aparıb və aşkar edilmiş trombu çıxarıblar, lakin sonradan xəstə Danimarka dilində danışmağa başlayıb.O, 20 il Danimarkada yaşayıb, sonra Türkiyəyə qayıdıb və təxminən 10 il əvvəl Konyada məskunlaşıb.

İstinadlar Report