İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

“Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, – nazir “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

İstinadlar Report