Türkiyənin paytaxtı Ankarada polis İŞİD terror təşkilatının edam dəstəsinə qarşı əməliyyat keçirib.

Antiterror əməliyyatı sonucunda paytaxtda 10 nəfər saxlanılıb.

Bundan başqa, ölkənin Samsun Baş Polis İdarəsi Terrorla mübarizə şöbəsinin əməkdaşları şəhərin İlkadım, Canik və Çarşamba rayonlarında müəyyən edilən 13 ünvanda eyni vaxtda əməliyyat keçirib. Əməliyyatda İŞİD terror təşkilatı ilə əlaqəsi olduğu güman edilən 4 Suriya və 10 İraq vətəndaşı yaxalanıb.

İstinadlar Report