Türkiyənin Şanlıurfa vilayəti Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Bu barədə məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, Şanliurfa və Konyada müəyyən edilmiş ünvanlarda eyni zamanda əməliyyat keçirilib. Şübhəlilər sağlamlıq yoxlamasından keçəndən sonra polis idarəsinə aparılıb.