Türkiyə Təhsil Nazirliyi tərəfindən xaricdə təyinat alacaq müəllimlərin test imtahanı üçün mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı sual tərtib olunub.

Bu barədə Qənirə Paşayevanın feysbuk hesabında məlumat verilib.

Sualda deyilir: “Türkiyədə çoxsaylı tədbirlərdə iştirak edən, Türk dünyası ilə bağlı çoxsaylı yazı və çıxışları olan Qənirə Paşayeva millət vəkili vəzifəsi ilə yanaşı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub. “Türkiyənin güclü olması Türk dünyasının güclü olmasıdır” fikrini müdafiə edənlərdən biri idi. 2023-cü ilin sentyabrında vəfat etməsi Türk dünyasında böyük kədərlə qarşılanıb.

Bu hissədə haqqında məlumat verilən Qənirə Paşayeva millət vəkili vəzifəsini hansı Türk dövlətində icra edib?”

Cavablar sırasında isə Qazaxıstan, Türkmənistan, Azərbaycan və Özbəkistan variantları yer alıb.

Qeyd edək ki, Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar ötən il sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan 48 yaşlı deputat 5 gün sonra xəstəxanada vəfat etmişdi.

İstinadlar Qafqazinfo